Free Web Hosting Provider - Web Hosting - E-commerce - High Speed Internet - Free Web Page
Search the Web

Zengilan

Ana Sehife Bioqrafiya Foto albom Metbuat Meqaleler Mubariz Gencler Yenilikler Dostlar Linkler

Qarabaği Unutmayaq!

Zəngilan rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ilədək Pirçivan adlanmışdır.
30 Oktyabr 1993-cü ildən müvəqqəti olaraq erməni işğalı altındadır.
erazisi - 707 km2
Ehalisinin sayı - 33890 nəfər ( orta sıxlıq - 1 km2-də 40 nəfər )
İnzibati mərkəzi - Zəngilan şəhəri

Qesebeler / Kendler - 1 şəhər tipli qəsəbəsi, 81 kəndi vardır...
Mincivan, Akara, Üzümçülər, Malatkeşin, Genlik, Beşdəli, Keçikli, Bartaz, Qarğulu, Ördəkli, Qaragöz, Qaradərə, Çöpədərə, Baharlı, Sobu, Dəlləkli, Rəzdərə, Kollu-Qışlaq, Şatarız, Məşədi İsmayıllı, Zəngilan, İçəri Müşlan, Məlikli, Qıraq Müşlan, Üdgün, Yenikənd, Rəbənd, Alıbəyli, Balabəyli, Sarıl, Xumarlı, Hacallı, Həkəri, Şərifan, Muğanlı, Xurama, I Ağalı, II Ağalı, III Ağalı, Məmmədbəyli, Babaylı, Zərnəli, Havalı, Aşağı Yeməzli, Orta Yeməzli, Yuxarı Yeməzli, Sarallı Xəştab, Quyudərə Xəştab, İsgəndərbəyli, Ağbis , Ağakişilər, Vejnəli, Vənətli, Aladin, Dərə Gilətağ, Gilətağ, Şamlı, Mirzə Həsənli, Şərikan, Bürünlü, Seyidlər, Şayıflı, Gəyəli, Qaragöl, Qaradağlı, Şəfibəyli, Pirveys, Günqışlaq, Nəcəflər, Yusiflər, Tağlı, Cahangirbəyli, Tatar, Turabat, Tiri, Vəliqulubəyli, Ağbənd, Əmirxanlı, Qazançı, Canbar, Dərəli, Ağkənd.

Daşınmaz emlak:
Zəngilan rayonu ərazisində 661 sosial-iqtisadi tikinti obyekti, o cümlədən 3 sənaye, 12 tikinti, 244 ticarət, 142 ictimai-iaşə, 38 məişət, 255 sosial bina var idi. Rayonun 81 kolxozu olub. Yaşayış tikililərinin sayı 5779, sahəsi 422000 m2-dir.

Medeniyyet:
Rayonda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, Texniki peşə məktəbi, musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu vardır.

Memarlıq abideleri:
Hacallı kəndində dairəvi bürc, Məmmədbəyli kəndində səkkizguşəli türbə (1304-cü il), Şərifan kəndində sərdabə (XIII əsr) memarlıq abidəsi kimi mühafizə olunurdu.

Coğrafi mövqeyi:
Rayon ölkənin cənub-qərbində, Oxçu çayının sahilində, alçaq dağlıq və dağətəyi ərazidə yerləşir. Ərazisi əsasən orta və dağlıq sahədən ibarətdir. Mürəkkəb və parçalanmış səth quruluşuna malikdir. Rayon həmçinin molibden, qızıl, qranit və digər yeraltı ehtiyatlarla da zəngindir. Zəngilan rayonu İranla həmsərhəddir. Əsas çayları (Həkəri, Oxçu və s.) rayonun cənub və şərq sərhədindən axan Araz hövzəsinə aiddir. Bəsitçayın dərəsində nadir çinar meşəsi (Bəsitçay qoruğu) yerləşir. İri yaşayış məntəqələri Zəngilan şəhəri və şəhər tipli Mincivan qəsəbəsidir. Zəngilan şəhəri Bakıdan 377 km aralıdır.

İqtisadi xarakteristikası:
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və əsasən taxılçılıq, tütünçülük, kartof əkini, meyveçilik, bostançılıq inkişaf etmişdir. Rayonda şərab, konserv, mərmər, çınqıl zavodları fəaliyyət göstərirdi.

 

SUSA

YA QARABAĞ YA OLUM!

&#601